Azərbaycan prezidenti Norveç kralını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Norveç kralı V Haraldı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Məlumata görə, dövlət başçısının məktubunda deyilir: "Əlahəzrət, Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31