Avstriyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək, Sizə uğurlar, əmin-amanlıq diləyir, Azərbaycan xalqına isə xoşbəxt gələcək arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31