Sərkisyan Qərb və Moskva dilemması arasında

Məhəmməd Əsədullazadə: “Düşmən və onun havadarını yalnız güclə razılığa gətirmək olar”

Bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Buna qədər isə Birləşmiş Ştatların dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov telefonla beş dəfə Qarabağ münaqişəsi barədə söhbət ediblər. Təbii ki, bu telefon söhbətləri nəticəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi barədə razılıq əldə edilib.

Bütün bunlara diqqət çəkən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, məhz , indiki situasiyada Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşəbbüskarı Qərbdir və danışıqları Rusiyanın inhisarından çıxarmağı planlaşdırır. Məhəmməd Əsədullazadənin sözlərinə görə, aprel ayında "dörd günlük" müharibədə Rusiyanın fəal müdaxiləsi ilə atəşkəs əldə edildi və güman olunurdu ki, Rusiya münaqişənin tənzimlənməsi istqimətində irəliləyişə nail olacaq: "Aprelin 5-də Moskvada imzalanan atəşkəsdən sonra Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Yerevan və Bakı arasında təmasları artıraraq muxtəlif həll variantalarının olduğunu qeyd edirdi. Qərb isə ötən bir ay ərzində gözləmə mövqeyində idi. Bu müddət ərzində Rusiya isə münaqişənin nizamlanması istiqamətində ortaya heç bir ciddi nəticə qoymadı və yalnız status-kvonun saxlanması istiqamətində imitasiyalı gedişləri nəzərə çarpdı. Rusiya bu, müddət ərzində Ermənistanın vaxt qazanmasına və müdafiənin ön xəttində güclənməsinə çalışdı". Politoloq prezidentlərin Vyana örüşündən ciddi bir nəticənin əldə olunacağına da inanmır: "Çünki, Rusiya Vyanada keçirilən görüşə isti yanaşmır və Ermənistan prezidentinin iştirakı barədə xəbərlərə rəsmi aydınlıq gətirilmir. Rusiya Qərbin Qarabağ münaqişəsində fəallığını daima pozub. Göründüyü kimi Ermənistan son günlər ön cəbhədə ağır artilleriyanı yerləşdirməklə vəziyyəti gərginləşdirməklə məşğuldur. Erməni tərəfi, belə təxribatçı davranışlarla danışıqlar prosesini və sülh planlarını sual altına qoyur. Ermənistanın son günlər Naxçıvanla sərhəddə intensiv atəşkəsi pozması, Azərbaycanı təxribata çəkərək Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqları dondurmaq istəyir. Əgər Naxçıvan istiqamətində Ermənistanın hücum əməliyyatlarını genişlənirsə, Azərbaycanın cavab tədbirləri qaçılmaz olacaq. Ermənistanın yüksək rütbəli hərbiçisi bilərəkdən Naxçıvanla bağlı təxribat xarakterli çıxış edib. Naxçıvan istqamətində başlanacaq hərbi əməliyyatlar isə ciddi müharibənin olması ilə nəticələnə bilər. Göründüyü kimi Ermənistan hazırda heç bir güzəştə hazırlaşmır. Çünki, Rusiya başda olmaqla ATƏT-in Minsk qrupu Ermənistana qarşı hər hansı təzyiq formatından istifadə etmir. Azərbaycan yalnız düşməni güclə masa arxasına gətirməlidir. Hazırda bunun alternativ həll variantı yoxdur. Bir sözlə cəbhə bölgəsində yenidən düşmən tərəfinin artilleriyanı işə salması, bu görüşün nəticəsiz olmasına hesablanıb. Düşünürəm ki, Rusiyanın mövqeyi aydın hiss edilir. Serj Sərkisyan hazırda Qərb və Moskva dilemması arasında qalıb və son söz təbii ki, Moskvanın Serjə diktəsi olacaq". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya son bir ayda münaqişənin nizamlanmasına töhvə verəcəkdisə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü Moskvada təşkil edə bilərdi: "Çünki, Rusiya münaqişənin nizamlanmasını regionda geostrateji maraqlarına uyğun həll etmək istəyir və onun bu, həll variantı Azərbaycanın milli təhlükəsizliyini təhdid edir. Vyana görüşü baş tutarsa, yenilənmiş Madrid prinsiplərindən Kazan formuluna qədər həll variantları müzakirə oluna bilər". Politoloq deyir ki, Bişkəkdə ilk atəşkəs rejiminin imzalanmasından 22 il keçir və bu, 22 ildə Azərbaycan ilk dəfə güclü və danışıqlarda diktə edən tərəf kimi görüşə qatılır: "Ermənistan bunun fərqindədir və bu görüşdə hər hansı nəticənin qəbul olunmasını Rusiya qarışıq qəbul etmək istəmir. Bu görüş atəşkəsin qorunub saxlanmasına və danışıqların bərpa edilməsinə hesablanacaqsa, əvvəlki görüşlərdən fərqlənməyəcək və Azərbaycanın bununla barışması real görünmür. Bu görüşdən sonra real nəticələr olmasa, cəbhə xəttində yenidən hərbi əməliyyatların başlanması baş verə bilər. Nəzərə alaq ki, Birləşmiş Ştatlar Qara dəniz vasitəsilə "Noble Partner 2016" ("Ləyaqətli tərəfdaş-2016") təlimlərində iştirak etmək üçün Gürcüstana ilk dəfə olaraq M1A2 Abrams tipli döyüş tankları göndərib. Paytaxt Tbilisi yaxınlığındakı Vaziani hərbi bazası ətrafında keçirilən təlimlər mayın 26-a qədər davam edəcək və bunun Cənubi Qafqazda Rusiyanın siyasətinə təsiri ciddidir. Hesab edirəm ki, bu təlimlər Rusiyanın cilovlanmasına hesablanıb. ABŞ tankları təkcə, Gürcüstan üçün deyil, Azərbaycan üçündə hazırkı vəziyyətdə Rusiya təsirinin qarşısını almaqda mühüm rol oynaya bilər. Cənubi Qafqazda ciddi proseslərin davam etdiyi məqamda, Putinin Bakıya gözlənilən səfərinin gündəmdə olması, qabaqcadan Roqozini Bakıya göndərməsi, Azərbaycanın Rusiyanın hazırkı mövqeyi ilə razılaşmadığını göstərir. Artıq Azərbaycan müəyyən situasiyadan istifadə edib, düşmənin təxribatını önləmək üçün ondan işğal etmiş yeni əraziləri geri qaytarmalıdır. Düşmən və onun havadarını yalnız güclə razılığa gətirmək olar. Çünki, Ermənistanın hazırki şərti və mövqeyi heç cür razılaşma predmeti ola bilməz".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31