“Metsamor"AES bəşəriyyət üçün təhlükə mənbəyidir

Ermənistan çirkli nüvə materialını terrorçulara ötürə bilər

İstismar müddəti başa çatmış "Metsamor" Atom Elektrik Stansiyası (AES) bütün region, eləcə də Avropa üçün təhlükə mənbəyi olaraq qalır. Söhbət təkcə bu ASE-də baş verən sızmalar nəticəsində bölgəyə dəyə biləcək dəhşətli ziyanın miqyasından deyil, eləcə də ermənilər tərəfindən radioktiv nüvə materiallarının terrorçulara ötürülmə ehtimalından gedir. Məlumdir ki, İŞİD, Əl-Qaidə kimi terror qruplaşmaları bəşəriyyəti nüvə silahı ilə təhdid edir, belə halda Ermənistandakı çirkli nüvə materiallarının çox asanlıqla terrorçuların əlinə keçəcəyi şübhə doğurmur. Artıq müxtəlif ölkələrdə ermənilər tərəfindən belə cəhdlərin baş verməsi sirr deyil. Çox təəssüf ki, hələ də Avropa, eləcə də dünya ölkələri hər an gözlənilə bilən təhlükənin qarşısını almağa tərəddüd edirlər, yaxud almaq istəmirlər. Fakt isə ondan ibarətdir ki, İSİD-in əlinə radioaktiv nüvə materialları keçsə, Avropa bu dəhşətli fəlakətdən qurtula bilməyəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların işğal altında Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Millət vəkili Azər Badamov hesab edir ki, "Metsamor" Atom Elektrik Stansiyası (AES) bütün regiona, yəni, üzü Asiyadan Avropaya qədər yerləşən ölkələrə, xüsusilə də, Ermənistana yaxın ölkələrə böyük təhlükə mənbəyidir. Onun sözlərinə görə, Çernobıl Atom Stansiyasinda baş verən qəzadan 10 illər keçməsinə baxmayaraq, bu gün də onun fəsadları aradan qalxmayıb:"Həm ekologiyaya, həm də insanlara dəyən zərərin nəticələri hələ yüz illərlə davam edəcək. Belə bir faciənin şahidləri ola-ola beynəlxalq ictimaiyyət Ermənistanın hər an partlamaq təhlükəsi olan "Metsamor" "atom bombası"nın fəaliyyətinin dayandırılmasına lazımi təsir göstərmir. Ona görə atom bombası adlandırıram ki, 1989-cu ildə bu stansiya istismara yararsız olduğu üçün fəaliyyətini dayandırmışdı. Amma Ermənistanın uzləşdiyi iqtisadi səfalət onu 1995-ci ildən stansiyanı yenidən işə salınmağa məcbur edib. Ermənistan rəhbərliyi "Metsamor"un fəaliyyətini 2026-cı ilə qədər uzatmaq qərarı verməklə ilk novbədə ermənilərin nəslinin kəsilməsinə şərait yaratmaqla bütün regionu təhlükə altında saxlayır. Cünki birinci novbədə stansiya istismara yararsızdır, ikincisi, seysmik aktiv zonada yerləşir. Əgər Spitakda bas verən zəlzələ təkrar olunarsa, "Metsamor" bəşəriyyət üçün fəlakətdir. Üçüncüsü, "Metsamor"un radioktiv maddələrinin terrorçu qrupların əlinə keçmək ehtimalı böyükdür. Dördüncüsü isə radioaktiv tullantılar Azərbaycan ərazisində basdırılır. Bütün bunları nəzərə alaraq, hamı "Metsamor"un fəaliyyətinin davam etdirilməsinə qarşı çıxmalıdır. Beynəlxalq Atom Agentliyi-MAGATE də bu istiqamətdə ciddi fəaliyyətə keçməlidir. Hamılıqla, bütün mümkün imkanlardan istifadə etməklə, Ermənistana "Metsamor"un dayandırılmasına təsir göstərilməlidir. Bura həm də beynəlxalq sanksiyalar daxildir. Bu işdə də dünya ölkələri birləşməklə, tez bir zamanda Ermənistana iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir. Cunki bu, təkcə Azərbaycanı yox, bütün dunyanı narahat etməlidir". Millət vəkili Sona Əliyeva deyib ki, "Metsamor" Atom Elektrik Stansiyası region ölkələrinin bir addımlığında olan humanitar və ekoloji faciə mənbəyidir. Onun sözlərinə görə, 30 il bundan qabaq baş vermiş Çernobıl hadisəsini yada salmaq kifayət edir ki, bu təhlükənin miqyasını anlayaq. O deyib ki, 1986-cı ildə Çernobıl qəzası baş verərkən 7 min adam həlak olmuşdu, 250 min adam güclü radiasiyaya məruz qalmışdı, on minlərlə insan isə radiasiyanın fəsadlarını həyatında hələ də hiss etməkdədir: "Biz bu faciənin bir də baş verməsiniimi gözləməliyik? "Metsamor" Atom Elektrik Stansiyası ən azından beynəlxalq təhlükəsizlik baxımından beynəlxalq təsisatlarda narahatlıq doğurmalı, bununla bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Düzdür, Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə stansiyanın fəal seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etmiş, lakin həmişə olduğu kimi, qeyri- konstruktiv yanaşma sərgiləyən Ermənistan bu çağırışları da duymamazlıqdan gəlmişdir. Ümid edirəm ki, bu çağırışlara dünya birliyi, beynəlxalq təsisatlar etinasız yanaşmayacaq və ikinci Çernobıl hadisəsi yaşanmayacaq". Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, Ermənistan ərazisində istifadəyə tam yararsız və böyük təhlükə mənbəyi olan "Metsamor" AES-in bağlanması, fəaliyyətinin dayandırılması üçün başladılan "Stop Metsamor" kampaniyasını çox müsbət və əhəmiyyətlidir: "Hesab edirəm ki, ölkəmizin, bütövlükdə yerləşdiyimiz bölgənin, regionun təhlükəsiz gələcəyini düşünən hər bir insan, xüsusilə də, gələcəyimiz olan gənclər, gənclər təşkilatları bu kampaniyaya daha çox dəstək verməli, bu işdə daha çox fəallıq nümayiş etdirməlidirlər". Millət vəkili bildirib ki, "Metsamor" AES nəinki ölkəmiz, bütövlükdə regionumuz və dünya üçün böyük təhlükə mənbəyidir: "Amma çox əfsuslar olsun ki, işğalçı və təcavüzkar qonşumuz bu məsələdə də həyasızlıq, cığallıq, destruktivlik nümayiş etdirir. Hətta, Avropa İttifaqının adıçəkilən AES-in fəaliyyətinə xitam verilməsi ilə bağlı xəbərdarlıqlarını belə qulaqardına vurmaqla, öz çirkin niyyətlərini davam etdirməkdə, AES-in istifadə müddətini uzatmaq fikrindədir. Deməli, bununla ölkəmiz, regionumuz daha on il də təhdid, təhlükə altında olacaq. Ancaq artıq Ermənistanı bu əməllərindən birdəfəlik çəkindirmək, hətta, yeri gələrsə, onu sərt cəzalandırmaq zamanıdır. Bunun üçün də ilk növbədə nüfuzlu beynəlxalq qurumlar, dünyada təsir gücü yetərincə olan dövlətlər söz oyunbazlığını bir tərəfə qoyub bu məsələdə Ermənistana ciddi təzyiqlər göstərməli, təzyiq rıçaqlarını işə salmalıd və Ermənistanı "Metsamor" AES-i ləğv etməyə vadar etməlidirlər. Əgər bunu etməsələr, sabah bölgədə yarana biləcək istənilən fəsadın, təhlükənin məsuliyyəti onların da çiyinləri üzərinə düşəcək. Odur ki, onlar bu məsələdə ardıcıl, qətiyyətli və barışmaz mövqe tutmalıdırlar. Bu baxımdan, başladılan son kampaniyanı da çox yerində və zamanında olan bir aksiya hesab edirəm və hər kəsi də imkanları daxilində həmin kampaniyaya fəal dəstək verməyə dəvət edirəm". Yeri gəlmişkən qeyd edək ki, Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru təhdidləri barədə daimi olaraq məlumatlandırır və xəbərdar edir. "Azərbaycanın Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasına (AES) dair narahatlıqları və bu nüvə obyektinin region üçün yaratdığı risklər və təhdidlər kontekstində onun bağlanılması məsələsi mütəmadi şəkildə tərəfimizdən qaldırılır". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31