Ermənistan özünü Rusiya qarşısında tam ifşa etdi
16 May 2016 11:45 SiyasətAvroviziya yarışmasında Ermənistan özünü Rusiya qarşısında tam ifşa etdi. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Aydın Mirzəzadə deyib ki, Rusiya hesabına mövcud olan forpost dövlət böyük qardaşının nümayəndəsinin ifasına 2 bal verməklə ona öz dostluğunun əsl qiymətini verdi: "Ermənistan sadaqətli dost olmadığını, daima güclü axtardığını bir daha sübut etdi. Şübhə etmirəm ki, nə zamansa Ermənistan Azərbaycana da 12 bal verəcək. Dostluq üçün yox, bizim etibarımızı qazanmaq üçün". Millət vəkili deyir ki, Rusiyaya 12 bal verməklə Azərbaycan cəmiyyəti qonşu dövlətə münasibətə yüksək önəm verdiyini və bunun əvəzində heç nə ummadığını söyləyib: "Birinci dəfə deyil ki, Azərbaycan Rusiya təmsilçisinə yüksək bal verir. Onun bu ilki nümayəndəsi Sergey Lazarevin You Are the Only One ("Sən yeganəsən") mahnısı və səhnə tərtibatı doğrudan da diqqəti çəkən idi. Mən də onun hesabına səs göndərdim".