"Eurovision"da daha bir təxribat: "DQR" üçün təyyarə
15 May 2016 06:36 SiyasətDünən İsveçin paytaxtı Stokholm şəhərində qəribə və son dərəcə həyasız bir aksiya baş verib. "Eurovision" mahnı yarışının keçirildiyi bu şəhərdə səmada qondarma "Dağlıq Qarabağ Respublikası"nı və erməni müğənni İvetanı dəstəkləyən şüarla təyyarə görünüb.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarə yarışın keçirildiyi "Qloben-Arena"nın üzərində uçub.
Xatırladaq ki, mahnı yarışının yarımfinalında qadağan edilmiş "DQR" bayrağının nümayişindən sonra Avropa Yayım Birliyi erməni iştirakçıya xəbərdarlıq etmişdi ki, belə hal bir daha təkrarlanarsa, Ermənistan "Eurovision"dan xaric ediləcək.
Hal təkrarlandı, özü də daha həyasız şəkildə. Avropa sözünün üstündə dayanacaqmı?
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31