Ermənilər Tərtər rayonunun Qazyan kəndini ağır artilleriyadan atəşə tutub

Erməni silahlı birləşmələri bu gün saat 18 radələrində Tərtər rayonunun Qazyan kəndini ağır artilleriyadan atəşə tutub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, ağır artilleriyadan atılan mərmilər kəndin əkin sahələrinə düşüb. Sakinlərdən xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31