MN: Erməni tərəfinə məxsus 2 PUA məhv edilib

Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulmayıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı bildiriblər. Bildirilib ki, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir. Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir. Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib. Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31