Papa əvvəl İrəvana, sonra Bakıya gələcək
13 May 2016 17:44 SiyasətRoma Papası Fransisk iyunun 24-də Ermənistana səfər edəcək. Azvision.az bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Roma Papası Fransisk Serj Sarkisyan, erməni katolikosu II Qaragen və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Roma Papası Fransisk ümumilikdə üç gün Ermənistanda səfərdə olacaq və iyunun 26-da səfəri başa çatacaq.
Qeyd edək ki, Roma Papası 30 sentyabr- 2 oktyabr tarixlərində Azərbaycan və Gürcüstana gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31