Azərbaycan ATƏT-i uzanmış münaqişələrin həllinə daha çox diqqət ayırmağa çağırıb

ATƏT regionda təhlükəsizlik təhdidləri ilə mübarizəyə daha çox səy göstərməlidir. Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin təşkilatın Daimi Şurasının növbəti görüşündə yaydığı bəyanatda deyilir. Bəynatda deyilir ki, uzadılmış münaqişələr ATƏT məkanında ən böyük təhlükə olaraq qalır və ciddi problemlər yaradır: "ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan yeganə beynəlxalq təşkilatdır, buna görə də təşkilat münaqişənin həllinə prioritet kimi baxmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31