“Multikultural dəyərlər və Azərbaycançılıq”mövzusunda tədbir keçirilib
13 May 2016 16:37 SiyasətYeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında YAP Qadınlar Şurasının təşkilatçılığı ilə "Multikultural dəyərlər və Azərbaycançılıq"mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Milli Məclisi üzvü, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Sədaqət Qəhrəmanova, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, YAP-ın Binəqədi, Abşeron rayonlarının və Sumqayıt şəhər təşkilatlarının fəal qadınları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ramiz Göyüşov Azərbaycanda mövcud olan multikulturalizm mühitindən, onun uzun illər boyu davam etdirilməsindən və xalqımızın bu müqəddəs amallara hər zaman sadiqliyindən bəhs edib. Multikulturalizm siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün dövlət başçısı cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini söyləyib. Tədbirdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva, Dövlət Komitəsinin rəsmisi Sədaqət Qəhrəmanova, YAP Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, və s. multikulturalizm siyasətinin dövləti siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıblar.