Türkiyə-Azərbaycan dostluğu kimləri və nə üçün narahat edir?
Yaxud Türkiyənin Qafqaz siyasətində yeri
13 May 2016 15:07 SiyasətSon günlər Qarabağ bölgəsində münaqişənin yenidən atəşlənməsi sadəcə sabitliyin pozulması anlamına gəlmədi, həyəcanlı hərbi-siyasi qeyri-müəyyənliyə səbəb oldu. Siyasi -hərbi qeyri-müəyyənlik hissi yaşayanlar isə Ermənistan , Xankəndinin kvazi-dövlət elitasi və əlbəttə ki, Moskva oldu. Bunun səbəbləri isə açıqdır, Azərbaycanın mövqeyi məlumdur, öz torpaqlarını azad pozulmuş ərazi bütövlüyünü bərpa etmək. Türkiyənin də mövqeyi məlumdur, ən yaxın müttəfiqinə dəstək vermək, ədalətin bərpası və reionda sülhün bərqərar edilməsi , əhalinin rifahının yüksəlməsi, beynəlxalq iqtisadi inkişafın surətlənməsi. İndi münaqişənin qeyri-müəyyənlik mövqeyində dayananlara baxaq.
Münaqişənin ən başından Kremlin kimin yanında olduğu və hansı məqsədləri güddüyü bir çoxumuz üçün sirr deyildir. Regionda müharibənin də yenidən atəşlənməsini kimin istədiyir o də məlumdur. Bu müharibənin uzun və qanlı olacağı və bölgədəki bütün enerji ,iqtisadi, nəqliyat layihələrinin də məhv olacağının da Moskvanın ən böyük xəyallarından biri olduğu ortadadır.
Ən başda hər şey çox gözəl gedirdi , münaqişənin bütün bölgəyə yayılaraq Türkiyə və Gürcüstana da sıçraması real görünürdü və qəflətən hər şey tərsinə döndü.
Döyüş əməliyyatları bir az səngidiyindən bunu görə bilərik ki, Azərbaycan ordusu kortəbii hərkərəkət etmirmiş, bütün hazırlıqlar hərb elminin qaydalarına görə çox diqqətlə işlənən hərəkət planına görə təşkil edilib. Bizə görə belə bir ehtimal var ki, bu hazırlıqların aparılması Vaşinqtonda keçirilən Nüvə sammitində bəzi dairələrin diqqətinə çatdırılıb. Qeyd edək ki, Rusiya bu sammitdə iştirak etmədi. Ağ Ev isə olaylara sükutla xeyir-dua verib. Vəziyyətin bu səviyyəyə gəlməsi Minsk Qrupunun iflic olmasından sonra baş verdi. Minsk Qrupu niyə dalana girdi?
Minsk qrupunun erməni tərəfinin qeyri-konstruktiv mövqeyinə görə dalana dirəndiyi də hər kəs üçün agahdır . Ötən il ABŞ-ın münaqişənin bir şəkildə həll ediməsi üçün çox cəhd etdiyi məlumdur. Viktoriya Nulnadın İrəvandaki çete üzvlərini xoşməramlı addım atmaları üçün saatlarca dilə tutduğu da məlumdur. V.Nuland ermənilərə girovları geri qaytarmağı, işğal edilmiş ərazilərin bir hissəsindən geri çəkilməyi və diğər az da olsa müsbət addımları atmağı tövsiyə etdi ,ancaq erməni tərəfi bu təklifləri qəbul etmədi. Bu inadkarlığın iki səbəb var idi: 1. 1994-cü ilin Qalib Sindromu . 2. Rusiyaya güvənmək.
Münaqişdədə mövqeləri məlum olan tərəflər:
Moskva ilə bərabər Ankaranın bölgədəki mənafelərini danmaq mümkün deyildir. Hər böyük dövlətin müəyyən bölgələrdə və ölkələrdə mənafeləri və strateji ittifaqları ola bilər , ancaq bu mənafelər təktərəfli olmamalıdır. Bəli, Türkiyənin bölgədə mənafeləri var ancaq bu mənafelər təktərəfli və egosentrik xüsusiyyət daşımır və bütün bölgə xalqlarının mənafelərinə xidmət edir.
Fəqət hər kəsin haqqı nəzərə alınan mənafelər silsiləsi , sadəcə bir dövlətin ürəyincə deyil. O dövləti hamımız bilirik. Şimal qonşumuz.
Türkiyə üçün ən əhəmiyyətli iqtisadi layihələrdən biri şübhəsiz ki, Bakı -Tbilisi- Qars dəmir yoludur. Bu yol İpək Yolu layihəsi bərabərində Çini və Uzaq Şərqi Avropaya bağlayacaq. Layihə həyata keçsə sadəcə Azərbaycan, Türkiyə və Çinin deyil, dünya ticarətinin və beynəlxalq nəqliyyat sisteminin surəti dəfələrlə artacaq. Nəticədə bölgədə iqtisadi inkişaf yüksələcək və burada yaşayan insanların yaşayış səviyyəsi yüksələcək, ölkələrin əməkdaşlığı daha da inkişaf edəcək. Türkiyə məhz bunu istəyir.
Bakı -Tbilisi -Ceyhan neft kəmərinin üç dost ölkə olan Azərbaycan, Türkiyə və Gürcüstan üçün necə böyük iqtisadi və siyasi əhəmiyyətə malik olması isə hər kəs üçün məlum olan bir layihədir. Bu layihənin ABŞ və Böyük Britaniya üçün də nə qədər vacib olmasının açıqlanmasına heç gərək yoxdur. Regiondaki ölkələr üçün ən önəmli layihələrə , Bakı- Tiflis -Ərzurum, Transadriatika qaz kəməri (TAP) və Transanatoliya (TANAP) qaz kəməri layihələri daxildir. İlk mərhələdə bu layihələr öz həcmlərinə görə Rusiya qazı üçün çox ciddi bir rəqabət təşkil etmirdilər və əsasən üç dövlətin- Türkiyə, Gürcüstan və Azərbaycanın iqtisadi mənafeləri üçün vacib layihələr sayılmaqda idi, ancaq Şimaldaki siyasətpərəstlərin " Dovğa mənim qaşığımla qarışdırılsın" taktikası bu layihələrin beynəlxalq müstəviyə qəlməsinə səbəb oldu. Dünyanı "Qaz Qılıncı" ilə hədələmə siyasəti avropalıları alternativ enerji qaynaqları axtarışına vadar etdi. Hal-hazırda dünya qaz bazarına Körfəz ölkələri və İran girməyə hazırlaşırlar, Türkiyə və Avropa isə İsrail ilə Aralıq dənizinin şərqindəki qaz ehtiyyatlarının TANAP layihəsinə qoşulmasını müzakirə edir. Ən əsası da odur ki, bu danışıqların nəticəsində nəql ediləcək qazın əsas hissəsi də TANAP xətti ilə dünya bazarına çıxacaq. Layihədən əlbəttə ki, Türkiyə qazanacaq, ancaq burada layihədə iştirak edən ölkələrlə bərabər Avropa, İran, İsrail və Körfəz dövlətləri də əlverişli şəkildə öz sərvətlərini dünya bazarına çıxara biləcəklər. Hadisələrin bu şəkildə cərəyan etməsinin nəticəsində də Moskvada bəzi şəxslərin qarnı sancmağa başladı. Bir necə gün əvvəl isə ABŞ Enerji Naziri Ernst Monis Blomberq kanalına verdiyi müsahibədə Avropanın rus qazı yerinə İsrailin Aralıq Dənizindən çıxaracağı qazı almasının vacib olduğunu ifadə edib. Qaz Avropaya buradan ən qısa yoldan necə gedə bilər? TANAP vasitəsi ilə Türkiyə üzərindən, ən sadə və ucuz şəkildə.
Rusiyanın "Cənub axını" layihəsini təxirə salmasından Türkiyə, yaxud Azərbaycan heç nə itirmədi. Bu olaydan zərərlə çıxan elə Rusiyanın özü oldu.
Hadisələrin bu şəkildə cərəyan etdiyini görənlər Ankaranı bölgədə destruktiv mövqedən çıxış edən və Yaxın Şərq ilə Dağlıq Qarabağ münaqişəsini qızışdırmaqda ittiham etməyə başladılar.
Türkiyəni Qarabağ münaqişəsinin qızışdırıcısı kimi təqdim edən güclər bir vacib nüansı unudublar.
Bölgədəki bütün bu enerji və nəqliyyat layihələri Türkiyə üçün və türk iqtisadiyyatı üçün çox əhəmiyyətli, demək olar ki, həyati əhəmiyyətə sahibdir, çünki eneri-nəqliyyat layihələrinin həyata keçirliməsi üçün ən başlıca amıl bölgədə sülhün bəqərar olmasıdır. Bu halda Türkiyə niyə münaqişələrin yenidən alovlanmasını arzu etsin ki? İstər Qarabağ, istər Abxaziya, istərsədə Cənubi Osetiya münaqişələrinin yenidən alovlanmasını kimin istədiyi hər kəsə çox yaxşı məlumdur.
Bölgədə hərbi əməliyyatların bərpa edilməsi TANAP ,TAP , Bakı-Tbilisi-Qars layihələrinin də təxirə salınması anlamına gəlir, bu isə bölgə xalqları üçün istənən ssenari deyil. Ancaq bu ssenarini biriləri yazır , ssenarilərə əlavələr edir və başqa şeytancılıqlarla məşğul olurlar.
Bəzi analitiklər Dağlıq Qarabağdaki hərbi əməliyyatların bərpa edilməsinin münaqişəyə Türkiyənin də qarışmasından əndişə ilə danışırlar. Bu mülahizə nə qədər ciddi ola bilər?
Ankara münaqişəyə üç halda daxil ola bilər.
Birincisi, Türkiyənin iştirak etdiyi və dərin maraqlarının olduğu Bakı və Tbilisi ilə inkişaf etdirdiyi regional layihələr təhlükəyə girərsə. Əfsuslar olsun ki, Gürcüstan tərəfində bəzi fərqli fikri olan siyasətçilər mövcuddur. Örnək olaraq 2015-ci ilin sonu və 2016-nın əvvəlində "Qazprom" ilə Gürcüstan Enerji Nazirliynin apardığı danışıqları göstərə bilərik. Danışıqların başlamasının bəhanəsi isə çox gülünc idi: " Bakının verdiyi qaz bizə yetmir"
Bu qış çox mülayim keçdiyindən nə Gürcüstanda, nə də Türkiyədə qaz sərfiyyatı da çox yüksək olmadı və statistik məlumatlara görə 2015-ci ilin sonu, 2016-cı ilin ilk üç ayında Türkiyədə təbii qazdan istifadə miqdarı ötən qışla müqayisədə 30% az olub. Görünür, şimaldan əsən soyuq külək Tbilisidəki bəzi siyasətçiləri bərk üşüdüb və onlar əlavə qaza ehtiyac olduğunu düşünüblər.
Gürcüstanın Türkiyə üçün əhəmiyyəti məsələsinə nəzər salsaq görərik ki, bu ölkə Anakara üçün fövqəladə əhəmiyyətə sahibdir. Məhz Tbilisi üzərindən Ankara Orta Asiya və Qafqaza çıxışa sahibdir və bu ölkənin Moskvanın təsir dairəsinə keçməsi həm Türkiyə həm də Atlantik Bloku üçün qəbul ediləcək bir hadisə deyil.
Ancaq Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması Türkiyə üçün nə qədər təhlükəli olsa da bəzi məqamlarda döyüşlərin yenidən başlaması Ankara və onun yaxın müttəfiqləri üçün müsbət nəticələr də verə bilər.
Rusiya ilə davam edən münaqişə Ankaranın bölgədəki maraqlarına Moskva tərəfindən hörmət edilmədiyini açıqca nümayiş etdirir. Görünən odur ki, Kreml mümkün dərəcədə olayları gərginləşdirməyə cəhd edir . Məlumdur ki, Türkiyə NATO üzvü olan bir dövlət kimi bu alyansın bölgədəki mənafelərinin müdafiəçisi kimi çıxış edir. Hal hazırda NATO ilə Rusiya açıq bir münaqişə dönəmi yaşamaqdadırlar. Türkiyə NATO dəstəyini arxasına alaraq hərbi əməliyyatların başlaması halında Rusiyanı bölgədən sıxışdırmağa cəhd edə bilər.
Suriya münaqişəsinin daha da dərinləşməsi və bəzi xarici ünsürlərin ölkədəki sabitliyi pozma cəhdləri ilə terror təşkilatlarına dəstək vermələri də Ankaranı daha aktiv hərəkət etməyə vadar edə bilər.
Bu halda Türkiyənin öz Şərq və Şimal Şərq sərhədlərinin möhkəmləndirilməsinə cəhd etməsi də məntiqli görünməkdədir.
Hal-hazırda Qarabağ cəbhəsində fasilələrlə olsa da silahlı toqquşmalar və atışma duelləri davam edir. Ancaq bu atışmaların daha aktiv bir fazaya keçməməsinin təminatını kimsə verə bilməz.
Münaqişənin sadəcə tərəflərin hərbi potensialı ilə də həll edilməyəcəyi, xarici siyasi aktyorların da nəticəyə təsir edəcəyi açığı hər kəs üçün bəllidir.
Azərbaycanın hərbi potensialının Ermənistanınkındən həm keyfiyyət həm də kəmiyyətcə qat-qat üstün olduğu ortadadır. Gümrüdəki 102 -ci rus hərbi bazası Ermənistan hərbi qüvvələrinin aktivinə yazıla bilməz, çünki, bu birlik Ermənistana hər hansı bir hücum olduğu halda hərəkətə keçə bilər. Hazırda isə Ermənistana kimsə hücum etmir.
Azərbaycan tərəfinin əlindəki ən müasir silah növləri isə hər şəraitdə döyüş əməliyyatlarının aparılması və sürətli hərb üçün nəzərdə tutulub. Bakının son zamanlar hərbi əməkdaşlıq apardığı ölkələrin (Türkiyə , İsrail) qoşunları da dünyada ən mobil və surətli döyüş aparan ordular sayılır. Azərbaycan ordusunun apardığı son əməliyatlar onu deməyə imkan verir ki, silahlı quvvələrimiz bir neçə mühüm nöqtəyə sürətli və öldürücü gözlənilməz zərbələr endirərək az itki ilə bir neçə gün içində düşməni torpaqlarımızdan süpürə bilər. Son günlərdəki əməliyyatlar hər kəs üçün- həm dostlar, həm də düşmənlər üçün gerçək bir sürpriz oldu. Alınmaz deyilən istehkamlar əsgərlərimiz tərəfindən bir neçə dəqiqə içində ələ keçirlidi. Olayların gedişatı onu göstərir ki, düşmən hələ də şok vəziyyətindən çıxa bilməyib.
İndi "son əsgərə qədər və "son damla qanımıza qədər vuruşmaq " taktikası da Ermənistan üçün mümkün görünmür. İrəvanın bu şəkildə vuruşacaq nə gücü qalıb, nə də ordusu. Bizə görə bir həftədə erməni cəbhəsi çökər . Uzun müddətli müharibə nə Rusiyanın, nə Qərbin, nə də Ankaranın istədiyi bir ssenari deyildir.
Hadisələrə Rusiyanın qarışması bizə görə Ankaranın da münaqişəyə daxil olmasına yol aça bilər. Ən başda Türkiyə birlikləri hərbi siyası əməkdaşlıq çərçivəsində Naxçıvana daxil ola bilər. Ancaq bu hadisə Moskvanın münaqişəyə bilavasitə daxil olduğu halda baş verə bilər. Bizə görə Rusiya Türk hərbi kontingentinin rəsmi şəkildə daxil olmasını ən arzuolunmaz hal kimi qəbul edərək genişmiqyaslı hərbi əməliyyatlara daxil olmaz. Çünki olaya Ankaranın daxil edilməsi münaqişənin NATO -KTMT səviyyəsinə gəlməsinə səbəb olar bilər. Naxçıvana, yaxud Gürcüstana Türkiyə və enerji nəqliyyat kəmərlərinin müdafiəsi üçün NATO hərbi kontingentinin daxil olması Rusiyanın Cənub-Qafqazdan rəsmən sıxışdırılması anlamına gəlməsi deməkdir.
Əksinə Moskva "Ermənistanın ərazisinə girməyin, Dağlıq Qarabağda hərəkət edin" taktikası ilə müəyyən səviyyədə döyüş əməliyyatlarına qarışmayaraq bir müddət sonra İrəvanın ipini çəkərək döyüşləri dayandırmağa vadar edə bilər. Bu halda Kreml sülh göyərçini cildində dünyaya ; " Görüdünüzmü sülhü mən təmin etdim" deyərək çıxış edə bilər.
Hillari Klintonun prezident seçkilərində qalib gəlməsi isə bu ssenarinin həyata keçirilməsi üçün təkan ola bilər. Hillari Klinton ABŞ Dövlət Katibi vəzifəsində olduğu zaman Dağlıq Qarabağdaki döyüş mövqelərinə gələrək vəziyyətlə tam yerində tanış olmuş idi, və bu siyasətçi Rusyanın qurmağa cəhd etdiyi bir çox ittifaq və alyanslara şiddətlə qarşı çıxan siyasətçi kimi tanınır. Obama kabinetindən də Klintonun gedişi bizə görə ABŞ prezidentinin mülayim və təmsilçi xarici siyasəti ilə əlaqələndirilə bilər.
Bölgədəki vəziyyətin gərginləşməsi Türkiyəni öz mənafelərini ciddi şəkildə müdafiə etməsinə məcbur edəcək. Hadisələrin bu şəkildə cərəyan etməsi Ankara ilə Moskva arasında dərin hərbi-siyasi böhrana səbəb ola bilər.
Ancaq hadisələrin gedişatının hərtərəfli təhlilini aparanda belə bir ehtimal ortaya çıxır ki, Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlaması ən çox Moskva üçün mənfi nəticələr verə bilər. Bu səbəbdən Rusiya əlində olan bütün rıçaqları münaqişəni öz nəzarəti altında saxlaması üçün işə salacaq.
Ancaq son zamanlar Kreml çox halda gözlənilməz addımlarla bəzi hərbi-siyasi sürprizlərə imza ata bilər. Bu halda Qərbin və Ankaranın necə hərəkət edəcəyini təxmin etmək çətindir. Türkiyə prezidenti özünə inamı olan cəsarətli siyasətçidir, ancaq Qərbdə hal hazırda çox da özünən inanan cəsarətli siyasətçi mövcud deyil. Sadəcə iki siyasi rəhbər o da qadın olan siyasətçilər Angela Merkel və Hillari Klinton kritik addımlar ataraq vəziyyəti nəzarətə ala bilmə gücünə sahibdirlər. Bunun üçün isə yenə də onların Türkiyə kimi güclü müttəfiqə ehtiyacları olacaq.
Mehdi Səlimov