Vyana görüşündən gözləntilər nədir?

"Düşünürəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü ilk növbədə məhz ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan tərəfi daha çox istəyir. Bu həm ATƏT-in hesabatı üçün, həm də Ermənistanda yaranmış çətin bir durumla bağlıdır". Bu fikirləri "OLAYLAR"-a siyasi ekspert Arzu Nağıyev Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada nəzərdə tutulan görüşünə münasibət bildirərkən səslənbdirib. O, bildirib ki, görüş haqqında anonsu da həmsədrlər verib və may ayının 16- da Vyanada bütün tərəflərin, yəni ATƏT-in Minsk qrupunu təmsil edən dövlətlərin xarici işlər nazirlərinin də iştirakı ilə bu görüş baş tuta bilər: "Təbii ki, bu görüşə prezidentlərin, o cümlədən Azərbaycan prezidentinin razılıq verməsi mühüm məsələdir. Konstruktiv görüş və mühüm suallara cavab tapılması vacib şərtdir. Azərbaycan təbii ki, bu görüşə bizi qane edən şərtləri artıq diqtə edən tərəf kimi gedir. Bundan başqa BMT-nin qətnamələrinin yerinə yetirilməsi üçün mexanizmlərin hazırlanması, Madrid və ya Kazan prinsipləri görüşün mühüm predmeti ola bilər". Arzu Nağıyev deyib ki, bizim əsas şərtimiz ərazi bütövlüyümüz və suverenliyimizdir: "Ermənistan bu görüşdə məhz Rusiyanın forpostu kimi çıxış edəcəkdir və bununla da havadarların da mövqeyi aydınlaşa bilər. Bundan başqa yəqin ki, ermənilər terrorçu qururm olan "DQR" -i tərəf kimi qələmə verməyə çalışacaqlar və bu da birmıənalı şəkildə bizim tərəfimizdən qəbul edilməsi mümkün olmayan şərtdir. Bir sözlə konstruktiv danışıların keçirilmıəsi mühüm bir addımdır. Sülh yolu ilə əldə edilməsi mümkün olmayan məsələlər, güc nümayiş etdirməklə, təcavüzkarın danışıqlar masasına əyləşdirilməsi ilə başa çata bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31