Ermənilərin təxribatı ilə bağlı 32 cinayət işi açılıb

"Ötən aprel ayında ermənilər tərəfindən mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb". Bunu Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmələrdə deyib. N.Abbasov deyib ki, 641 yaşayış evinə ziyan dəyib, dağılıb: "Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozub. 6 nəfərin ölümünə səbəb yaşayış məntəqələrinə atılmış mərmilər olub". O deyib ki, sübutların toplanması istiqamətində işlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31