Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Qəbələdə görüşəcəklər

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Qəbələdə görüşü planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə mayın 14-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycana rəsmi səfəri planlaşdırılır. Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31