Azərbaycan prezidenti özəl teleradio yayımçılarına maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb
12 May 2016 18:48 SiyasətAzərbaycan prezidenti İlham Əliyev ölkədə özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Azərbaycanda özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31