Prezident Administrasiyasındakı şöbələrdən biri ləğv edildi

Prezident Administrasiyasının Nəşr və tərcümə şöbəsi ləğv edilib. Məlumata görə, ləğv edilən şöbənin müdiri Vasif Əli oğlu Kərimov yaşı ilə əlaqədar təqaüdə göndərilib. Nəşr və tərcümə şöbəsi Süleyman İsmayılovun rəhbəri olduğu Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə birləşdirilib. Qeyd edək ki, təqaüdə göndərilən V.Kərimov 1-ci dərəcə dövlət müşaviridir. 1997-ci ildən Prezident Administrasiyasının Nəşr və tərcümə şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31