Deputatlarımız Türkiyəyə səfər ediblər
12 May 2016 12:48 SiyasətMilli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Sevinc Hüseynova, Sədaqət Vəliyeva mayın 12-də Türkiyənin paytaxtı Ankaraya səfər ediblər. Milli Məclisdən verilən məlumata görə, millət vəkilləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığı tərəfindən təşkil olunmuş tədbirdə iştirak edəcəklər. Yığıncaqda səhiyyə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər, ailə institutunun və dəyərlərinin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Səfər mayın 14-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31