Ermənistan Avropanın sanksiyasına məruz qaldı

Avropa Yayım Birliyi (EBU) "Eurovision-2016" müsabiqəsində Ermənistan təmsilçisinin Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nı nümayiş etdirməsini pisləyib.

EBU-nun "Facebook" səhifəsində yayılan bəyanatda bildirilir ki, belə hallar mahnı yarışmasına xələl gətirəcək.

Bundan başqa, Birliyin nəzarət qrupu Ermənistanın "Eurovision" müsabiqəsi üzrə yayım hüququ olan AMP TV telekanalına sanksiya tətbiq etmək barədə qərar qəbul edib.

Qeyd edək ki, "Eurovision" illik beynəlxalq mahnı müsabiqəsinin Təşkilat Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "Eurovision-2016" müsabiqəsinin canlı efirində Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayiş etdirilməsi ilə bağlı insident öyrənilir. Komitənin bu fakt üzrə qərarı sonra açıqlayacağı bildirilir.

Xatırladaq ki, ötən gün "Eurovision-2016" müsabiqəsində Ermənistanı təmsil edən İveta Mukuçyan Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nı nümayiş etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31