"Eurovision" Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayişi məsələsini öyrənir
11 May 2016 18:15 Siyasət"Eurovision" illik beynəlxalq mahnı müsabiqəsinin Təşkilat Komitəsi "Eurovision-2016" müsabiqəsinin canlı efirində Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayiş etdirilməsi ilə bağlı insidenti öyrənir. Bunu Trend-ə "Eurovision"un mətbuat xidmətindən deyiblər. Mətbuat xidmətindən qeyd ediblər ki, komitə bu fakt üzrə qərarı sonra açıqlayacaq. Xatırladaq ki, ötən gün "Eurovision-2016" müsabiqəsində Ermənistanı təmsil edən İveta Mukuçyan Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nı nümayiş etdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31