Ermənilər 4 günlük müharibədən sonra canlarına düşən qorxudan sarsılıblar
11 May 2016 15:46 Siyasət"Ermənilər 4 günlük müharibədən sonra canlarına düşən qorxudan sarsılıblar. Ona görə belə mənasız şeylər danışırlar". Bu fikirləri politoloq Mütəllim Rəhimli erməni deputatın Azərbaycan və Türkiyəyə nüvə zərbəsi endirə biləcəkləri barədə açıqlamasına münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, ermənilər bununla elə hesab edirlər ki, guya Azərbaycan tərəfinə hansısa təsir göstərmiş olacaqlar: "Əslində onların başqa yolları da qalmayıb. İctiami fikrin tamamilə hakimiyyətin əleyhunə yönəlməməsi üçün belə mənasız metodlardan istifadə edirlər. Əks halda hiss edirlər ki, yaxın günlərdə Ermənstanda qiyam baş verər və xalq onu indiki vəziyyətə salanların hamısından qisas alar. Ermənistanın nüvə silahından istifadə etməkdən danışması yalnız istehza doğurur. Bu dövlətin rəhbərliyində işləyənlərin və erməni xalqının taleyi ilə bağlı qərar verənlərin nə qədər qeyri-ciddi olduqlarını göstərir".