NATO Azərbaycanın bir addımlığında təlimlərə başladı

Gürcüstanın Vaziani hərbi bazasında NATO-Gürcüstan "Layiqli tərəfdaş - 2016" adı atlında hərbi təlimlər başlayıb. Report  bildirir ki, təlimlərdə iştirak etmək üçün 650 amerikalı və 150 britaniyalı hərbçi Tbilisiyə gəlib. Təlimlərdə 500 gürcüstanlı hərbçi iştirak edir.

Xatırladaq ki, sayca ikinci olan "Layiqli partnyor" təlimləri mayın 11-26-da Tbilisi yaxınlığındakı Vazianidə keçiriləcək. Ssenaridə sabitliyin bərqərar olunması, hücum və müdafiə kimi hərbi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Təlimlərin məqsədi NATO-nun çevik qüvvələrinə ( NRF) daxil olan Gürcüstan bölüyünün döyüş hazırlığının artırılmasıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31