Ankara ilə Bakı qardaşlaşmış şəhərlər olacaq
11 May 2016 13:45 SiyasətAnkara ilə Bakının qardaşlaşmış şəhər elan olunması haqda protokol Türkiyə paytaxtının Böyük Şəhər Bələdiyyəsinin Məclisində təsdiqlənib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədrinə bu protokolun imzalanması ilə bağlı səlahiyyət verilib. Bakı ilə Ankaranın qardaşlaşmış şəhər elan olunması məsələsi 2011-ci ildə gündəliyə gətirilsə də, ötən müddət ərzində bu ideyanın rəsmi təsdiqlənməsi istiqamətdə fəaliyyət göstərilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31