Almaniyada yaşayan soydaşlarımız yürüş edəcək

May ayının 28-də Almaniyada "Azərbaycan və Türkiyənin torpaq bütünlüyü" adlı yürüş keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Alman-Azərbaycan Dostluq Cəmiyyətindən daxil olub. Bildirilib ki, yürüş Almaniyanın Hannover şəhərində baş tutacaq. Opernplatz meydanında keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı artıq Hannover şəhər rəhbərliyindən icazə alınıb. Alman-Azərbaycan Dostluq Cəmiyyətindən bildirilib ki, yürüşə Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları, bu ölkədə təhsil alan tələbələr yaxından dəstək verəcəklər. Bir saat ərzində davam edəcək yürüşdə iştirakçılar Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirəcək, beynəlxalq birlikdən Azərbaycanın torpaq bütünlüyünün təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atmağı tələb edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31