AXCP-Müsaat münasibətlərinin normallaşması cəmiyyət üçün maraqsızdır
11 May 2016 12:49 SiyasətBu həm cəmiyyət, həm də mənim üçün artıq maraqsız mövzulardandır. Çünki kimin kiminlə, bir partiyanın digəri ilə barışması və ya ayrılması artıq siyasi prosseslərə heç bir təsir etmir". Bu fikirləri "OLAYLAR"-a Müsavat Partiyasının keçmiş Divan üzvü Tural Abbaslı AXCP və Müsavat Partiyası arasında münasibətlərin normallaşması istiqamətində göstərilən təşəbbüslərə münasibət bildirərkən səslənidirb. O, deyib ki, bu addım sadəcə olaraq bir tərəfin həm "dağıdıcı qüvvə" kimliyini üzərindən atmaq, həm də ən azından bu vasitəylə gündəmə gəlmək cəhdidir: "Həm də bu məsələdə bir tərəf o qədər körpüləri yandırıb ki, münasibətlərdə hər hansı bir yaxınlaşma onların daxilində böyük problemlər yarada bilər. Odur ki, bu imitasiyalar mənə həm maraqsız həm də çox primitiv gəlir. İstənilən halda ciddi məsələ kimi qəbul etmirəm və uğurlar arzulayıram".