Malena Mard: “Cənub Qaz Dəhlizinin həyata keçirilməsi Avropa İttifaqı üçün prioritetdir”

"Cənub Qaz Dəhlizinin həyata keçirilməsi Avropa İttifaqı üçün mühüm prioritet təşkil edir". Bunu Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu il Azərbaycanda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsi mühüm hadisə olub: "Avropa İttifaqının iki vitse-prezidentinin iclasda iştirak etməsi ittifaqın layihənin həyata keçirilməsinə önəm verdiyinin aydın göstəricisidir". Aİ-nin Azərbaycanın iri ticarət tərəfdaşı olduğunu nəzərə çatdıran M. Mard qeyd edib ki, ittifaq bundan sonra da qarşılıqlı ticarət və investisiyaların artırılmasında maraqlıdır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31