"Azərbaycan xalqı Heydər Əliyevin miras qoyduğu irsi daim qoruyacaq"

Azərbaycan xalqı Heydər Əliyevin miras qoyduğu irsi daim qoruyacaq və heç zaman unutmayacaq. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Feysbuk şəbəkəsindəki səhifəsində qeyd edib. N.Məmmədov yazıb: "Azərbaycan xalqı Dahi Lider Heydər Əliyevin bizə miras qoyduğu irsi daim öyrənəcək, qoruyacaq və heç zaman unutmayacaqdır. Həyatın mənasını xalqa xidmətdə görən, bu yolda ən çətin maneələri müdrikliklə aşan Ulu Öndər daim böyük ehtiramla xatırlanacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31