Avropa Azərbaycanlıları Konqresindən Avropa Parlamentinə müraciət

Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin insan hüquqları komitəsinin sədri xanım Elena Valensiaya Şuşanın işğal edilməsinin 23-ci ildönümü ilə əlaqədar bəyanat göndərib. AAK-dan "OLAYLAR"-a daxil olan məlumata görə, bəyanatda 1992-ci il mayın 8-ə keçən gecə erməni hərbi birləşmələri tərəfindən Şuşanın işğal edildiyi, şəhər əhalisinin qətlə yetirildiyi, yaralandığı və şəhərdə məhv edilmiş ictimai binalar, eləcə də abidələr haqqında məlumat verilib. "Artıq 23 ildir кi, bu qədim və müqəddəs tоrpaq еrməni işğalçıları tərəfindən zəbt еdilib. Şuşanın işğalı bütün Azərbaycan хalqının mənəviyyatına vurulmuş ağır bir zərbə və dərddir. Hər il Azərbaycanda və xaricdəki Azərbaycan icmaları tərəfindən Şuşanın işğalı ilə bağlı təşkil edilən anım tədbirlərində dünyanın nüfuzlu təşkilatlarına muraciətlər qəbul edilir və Azərbaycan Respublikasının 20 faiz ərazisinin erməni işğalı altında saxlandığı və Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin, Avropa Birliyinin qətnamələrinin inkar edildiyi xatırladılır" . Avropa Azərbaycanlıları Konqresi Bəyanatda bir daha beynəlxalq təşkilatlara üz tutaraq erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasını tələb edib, bütün azərbaycanlıları yaşadıqları ölkələrin ictimaiyyətinə, dövlət və qeyri-dövlət qurumlarına erməni işğalçıları tərəfindən Azərbaycan xalqına, onun tarixi və mədəniyyətinə qarşı törədilmiş cinayətləri açıqlamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31