Rusiya saytı Ümummilli Liderin doğum günündən yazır
10 May 2016 11:31 SiyasətÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Rusiyanın moskow-baku.ru saytında mütəmadi olaraq xəbərlər yerləşdirilir. Portalda Ulu Öndərin doğum günü və "9 May-Qələbə Günü" ilə əlaqədar olaraq, Heydər Əliyev Mərkəzində baş tutan rəsmi qəbul, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mərasimdəki çıxışı, həmçinin, ölkə başçısının ailə üzvləri ilə birgə Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət etməsi haqqında geniş məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31