Səməd Seyidov: “Ermənistan danışıqlar prosesini pozmaq niyyətindədir”
10 May 2016 11:28 Siyasət"Ermənistan bütün vasitələrlə danışıqlar prosesini pozmaq niyyətindədir". Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, Ermənistan istəsə də, istəməsə də, danışıqlar status-kvonun dəyişməsinə gətirib çıxaracaq: "Masamızın üstündə 4 qətnamə və bütün beynəlxalq müşahidəçilərin, bu prosesdə iştirak edən şəxslərin status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatları var. Buna yol verməmək, prosesi dayandırmaq üçün Ermənistan əlindən gələni edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31