Berlin Dağlıq Qarabağda zorakılığın yeni eskalasiyasının əlamətlərindən narahatdır
6 May 2016 14:58 SiyasətBerlin Dağlıq Qarabağda zorakılığın yeni eskalasiyasının əlamətlərindən narahatdır. RİA Novosti-nin verdiyi məlumata görə, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şeff deyib. O bildirib: "ATƏT-in sədri kimi hər iki tərəfi yeni eskalasiyadan çəkinmək üçün bütün addımlar atmağa təkidlə çağırırıq. Berlin ATƏT-in Minsk qrupunun və onun 3 həmsədrinin münaqişənin nizamlanması üzrə işi davam etdirmək səylərini dəstəkləyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31