Sekuta: "ABŞ və Aİ arasında məsləhətləşmələrdə Azərbaycanın mühüm rolu xüsusi vurğulanıb"
6 May 2016 13:41 Siyasət"Bu yaxınlarda ABŞ-la Avropa İttifaqı arasında enerji məsələləri üzrə məsləhətləşmələr keçirilib". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, məsləhətləşmələrin əsas mövzusu Avropanın enerji təhlükəsizliyi olub və Azərbaycanın oynadığı mühüm rol xüsusi vurğulanıb: "Biz hazırda Cənub Qaz Dəhlizi üzərində Azərbaycan və Aİ ilə birgə işimizi davam etdiririk. Bu məsələ Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31