Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanıda növbəti məhəlli görüş keçirilib
6 May 2016 12:17 SiyasətMilli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə məhəlli görüşlər keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, növbəti görüş Qaraçuxur qəsəbəsi "Şərq" yaşayış sahəsində baş tutub. Keçirilən məhəlli görüşdə yaşayış sahəsində və ətraf ərazilərdə olan infrastruktur problemlərlə maraqlanılıb, sakinlər dinlənilib və qeyd edilən nöqsanlara yerli baxış keçirilib. Cavabdeh qurumlara müraciət etmək üçün sakinlərin narazılığına səbəb olan hallar qeydə alınıb. Daha sonra sakinlərlə ümumi söhbət aparılıb. Söhbət əsnasında sakinlər son vaxtlar Ermənistanın acizanə aqressiv münasibət sərgiləməsinin səbəbləri ilə bağlı istənilən təxribatçı hala qarşı birgə mübarizə aparmaq, eyni zamanda milli maraqlar, dövlətçilik naminə birlik nümayiş etdirmək, bölücü və separatizmi yayan cərəyanlara uymamaq və onlara qarşı mübarizə aparmağa çağırılıblar.