Prezident İlham Əliyev “Azərxalça” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb
5 May 2016 18:22 SiyasətAzərbaycan prezidenti İlham Əliyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Məlumata görə, sərəncama əsasən "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilib. Səhmləri dövlətə məxsus olan "Azərxalça" ASC Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31