Qənirə Paşayeva Şimali Kiprdə bütün türk dünyasını birliyə çağırıb
5 May 2016 17:30 SiyasətMillət vəkili Q.Paşayeva Şimali Kipr Türk Cümhuriyyətində "Qarabağ və Türk dünyasının ortaq problemləri" adlı konfrans keçirib. "Olaylar" xəbər verir ki, Q.Paşayeva gəncləri Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışııb. Şimali Kipr parlamentinin bir sıra millət vəkilləri, ziyalıları, KİV nümayəndələrinin qatıldığı tədbirdə Qənirə Paşayeva son günlərdə Azərbaycanda qardaşlarımız Vətən üçün şəhid oldu deyərək Azərbaycanda, Türkiyədə, KKTC-də şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq". Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xalqının hər zaman qardaşlarının yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını Azərbaycanın, Türkiyənin, KKTC-nin və digər Türk dövlət və toplumlarının yanında olmağa çağırıb.