Fərəc Quliyev məhbusların əl işləri ilə tanış olub

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Ədliyyə Nazirliyi Pentensiar xidməti tərəfindən 6 saylı cəzaçəkmə müəsisəsində təşkil edilmiş məhkumların əl işlərindən ibarət sərgidə fəxri qonaq kimi iştirak edib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, məhbusların əl işləri ilə tanış olan millət vəkili onların çoxunun olduqca qiymətli əsərlər olduğunu vurğulayıb. Fərəc Quliyev bu cür tədbirlərin məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində olduqca uğurlu bir lahiyyə olduğunu bildirib. Ədliyyə Nazirliyi Pentensiar xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində silsilə tədbirlər keçirilir. Belə tədbirlərə cəmiyyətin nüfuzlu şəxsləri dəvət edilirlər. Məlumat üçün bildirək ki, Fərəc Quliyev 1996 -cı ildə 7 il yarımlıq siyasi məhbus həyatının 6 ayını məhz bu cəzaçəkmə müəssisəsində keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31