Ermənistandan gülünc bəyanat: "Bakı atəş açsa..."
5 May 2016 14:20 Siyasət"Əgər Azərbaycan atəşkəs rejimini pozarsa, Ermənistan Dağlıq Qarabağın (qondarma - red.) müstəqilliyini tanıyacaq". Qafqazinfo bildirir ki, belə bir açıqlama ilə bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan çıxış edib: "Əgər Azərbaycan yeni aqressiv addımlar atarsa və atəşkəsi pozarsa, Ermənistan birmənalı olaraq Qarabağı tanıyacaq". Koçaryan qeyd edib ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar yenilənərsə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istimqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini başa çatmış hesab etmək olar: "Ermənistan birmənalı olaraq hesab edir ki, sülh prosesinin alternativi yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31