Malena Mard: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ümid edir

Avropa İttifaqı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hadisələrin inkişafını izləyir. Məlumata görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə deyib. O bildirib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin dediyi kimi, status-kvo dayanıqlı deyil: "Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ikə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31