Əli Əhmədov: “Prezident İlham Əliyevin islahat strategiyasının ən mühüm istiqaməti təhsildir”
5 May 2016 12:00 Siyasət"Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin islahatlar strategiyasının ən mühüm istiqaməti təhsilin üzərinə düşür". Bu sözləri baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, təhsil sahəsində əhəmiyyətli addımlar atılır: "Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, Azərbaycan təhsilini və elmini inkişaf etdirməliyik. Təhsil işçiləri də bu sahədə öz üzərinə düşən məsuliyyəti yaxşı dərk edirlər. Məqsədlərə nail olmaq üçün lazımi addımlar atılır. Şagirdlərin müasir düşüncəli vətəndaşlar kimi yetişməsi üçün təhsil işçiləri əllərindən gələni əsirgəmirlər". Ə. Əhmədov qeyd edib ki, bu gün YAP tərəfindən 40 ali məktəb tələbəsinə 50 manat məbləğində təqaüd verilir və gələcəkdə bu sıraya daxil olan tələbələr daha da artacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31