"Rusiya Qarabağ münaqişəsinin həllini istəmir"

"Dağlıq Qarabağ münaqişəsi hələ uzun müddət həll edilməyəcək və ya nizamlanma prosesi baş tutmayacaq. Çünki Rusiyanın regionda prioritet mövqeləri var". Azvision.az bildirir ki, bunu Polşa Beynəlxalq münasibətlər İnstitutunun siyasi eksperti Konrad Zaştovt Dağlıq Qarabağ və Avropa İttifaqının mövqeyi barədə danışarkən deyib. "Münaqişənin nizamlanması Rusiya üçün sərfəli deyil, ona görə də münaqişə öz həllini tapmayacaq. Mən rıçaqların qaldığı bir vaxtda münaqişənin həllinin tezliklə baş verəcəyini düşünmürəm. Avropa İttifaqı da bu məsələdə aktiv deyil", - deyə ekspert qeyd edib. Bundan əlavə, Zaştovt Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Qarabağla bağlı bəyanatını xatırladıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31