“İşğala son” şüarı ilə ümummilli mitinq keçiriləcək
4 May 2016 16:58 SiyasətADP qərargahında, Böyük Azərbaycan Partiyasının lideri Elşad Musayevin sədrliyi ilə Anti-böhran koalisiyasının növbəti iclası keçrilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda koalisiyanın 28 aprel BMM-də "Rusiya işğalı və Qarabağ problemi" mövzusunda keçrilən dəyirmi masanın nəticələri müsbət qiymətləndirilib. İctimai-siyasi vəziyyət, Azərbaycan-Ermənistan "Dağlıq Qarabağ münaqişəsi" ətrafında məsələlər müzakirə obyekti olub. Daha sonra, "İşğala son" şüarı ilə ümummilli mitinqin keçrilməsi üçün, siyasi partiyalara, ictimai təşkilatlara, ziyalılara və vətəndaşlara müraciət edilməsi haqqında qərar qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31