Azərbaycan Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək

Strasburqda Avropa Şurasında Parlament Sədrlərinin Avropa Konfransı keçiriləcək. Bu barədə AŞ PA-nın saytına istinadən məlumat verir. Konfransda Milli Məclisin sədri Oqtay Əsədovun çıxışı gözlənilir.

15-16 sentyabr tarixində keçiriləcək görüş çərçivəsində iştirakçılar bir sıra aktual siyasi məsələləri, milli parlamentlər və Avropa Şurası arasında əməkdaşlığı, parlamentlərin irqçiliyə qarşı səfərbər edilməsini müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31