“Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ya Ermənistanın tərkib hissəsi olması Azərbaycan qarşısında yeni qapı aça bilər”
4 May 2016 15:25 SiyasətErmənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması münaqişəyə yeni radikal dəyişikliklər gətirəcək. Azadinform Ermənistan mediasına istinadən xəbər verir ki, bunu siyasi ekspert Aleksandr Markarov deyib. Markarov hesab edir ki, bu addım danışıqlar prosesinə yeni nə isə gətirməyəcək: "Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ya Ermənistanın tərkib hissəsi olması Azərbaycan qarşısında yeni qapı aça bilər". O vurğulayıb ki, Ermənistan alternativlər görməyəndə, Dağlıq Qarabağ faktorundan istifadə edə bilər: "Belə olan halda Azərbaycanın danışıqlardan uzaqlaşmaq üçün qanuni haqqı olacaq. Minsk qrupunun həmsədrləri mandatlarını itirəcək və yeni format məsələsi meydana çıxacaq. Qarabağın müstəqilliyinin tanınması onun yeni status- Ermənistan tərəfindən məhdudlaşdırılan qismən tanınmış dövlət statusu qazanmasıdır. Hər halda, bu o deməkdir ki, növbəti proseslər üçün Ermənistanın imkanı olmayacaq".