Ermənistan beynəlxalq humanitar hüququ ayaq altına atıb
Beynəlxalq aləm vandalizm aktlarına göz yumur
4 May 2016 13:12 SiyasətMüasir dövrün maharibə qaydaları dəyişib. Çox təəssüf ki, elmi-texniki naliyyətlər yer üzünün əşrəfi olan insanın rifahı üçün deyil, əksinə, onların kütləvi şəkildə və hətta əzablı ölümünə yönəldilir. Dəhşətli orasıdır ki, elə dövlətlər və xalqlar var ki, kütləvi qırğın silahlarından insanlığın, bəşəriyyətin əlehinə istifadə etməkdən çəkindirmək mümkün olmur. Elə bu səbədən də Beynəlxalq humanitar hüquq adlı bir termin yaranıb və onunla dövlətlər və xalqlara tövsiyyə olunur ki, müharibə şəraitində müəyyən prinsiplərə riayət edilsin. Çox təəssüf ki, hamılıqla qəbul edilən bu prinsiplər Ermənistan dövləti tərəfndən elə hamının gözü qarşısında pozulur. Əvvala qeyd edək ki, beynəlxalq humanitar hüquq - silahlı münaqişələr zamaın tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Başqa sözlə bunu silahlı münaqişələr dövründə tətbiq edilən hüquq; müharibə hüququ; silahlı münaqişələr hüququ; müharibə qanun və adələtli və sair kimi də adlandırırlar. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, xarakterindən və başlama səbəblərindən asılı olmayaraq artıq başlamış müharibəni müəyyən normativ çərçivəyə salmağa can atır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar: 1.Mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan "Cenevrə hüququ" həyata keçirir. "Cenevrə hüququ" termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür. 2. Seçimsiz zorakılığın artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi "Haaqa hüququ" adlandırılır. Xatırladaq ki, beynəlxalq humanitar hüquq, əsas etibarilə müxtəlif dövrlərdə qəbul edilmiş müqavilələrə söykənir. Həmin müqavilələrin bəzisini xatırladıqca təsəvvür etmək olar ki, Ermənistan nə qədər beynəlxalq humanitar hüququ açıq-aşkar pozur. Bu sahədə aşağıdakı sazişləri göstərmək olar: Quru müharibəsinin qanun və adətləri haqqında IX Haaqa Konvensiyası; Boğucu, zəhərli və ya digər belə qazların və bakterioloji vasitələrin müharibədə tətbiqinin qadağan olunması haqqında Cenevrə Protokolu; Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya; Müharibə qurbanlarını müdafiəsinə dair Cenevrə Konvensiyalrı; Quruda döyüşən silahlı qüvvələrdəki yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında Cenevrə Konvensiyası;Hərbi əsirlərlə rəftara dair Cenevrə Konvensiyası; Müharibə zamanı mülkü səxslərin müdafiəsinə dair Cenevrə Konvensiyası; Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında Konvensiya; Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokol; Qeyri-beynəlxalq xarakterli silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokol. Xatırladaq ki, Ermənistan sadalanan sazişlərin hər müddəasını pozub və hazırda da pozmaqda davam edir. Məsələn, sadalanmış bu beynəlxalq müqavilələr içərisində beynəlxalq humanitar hüquq üçün ən əhəmiyyətlisi, şübhəsiz ki, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları və onlara 1977-ci il Əlavə Protokollarıdır. Beynəlxalq humanitar hüquqda adət normaları da əhəmiyyətli rol oynayır. Bu normaların əksər hissəsi ümumi beynəlxalq hüququn bir hissəsidir və bütövlükdə beynəlxalq birlik tərəfindən humanitar normaları kimi tanınmışdır. Bu cür normalar, hər hansı konvensiyanın iştirakçısı olub-olmadığından asılı olmayaraq, dünyanın hər bir dövləti üçün məcburidir.
Beynəlxalq humanitar hüququn prinsip və normaları pozulur
Beynəlxalq humanitar hüquq istənilən silahlı münaqişə zamanı tətbiq olunur. Cenevrə Konvensiyaları üçün ümumi olan 2-ci maddədə deyilir: "Dinc dövrdə qüvvəyə minməli olan müddəalardan başqa, bu konvensiya iki və ya daha artıq Yüksək Razılığa gələn Tərəflər arasında meydana çıxan elan olunmuş müharibə və ya istənilən digər silahlı münaqişə zamanı, həmin Tərəflərdən biri müharibə vəziyyətini tanımadığı halda belə, tətbiq olunur. Konvensiya habelə Yüksək Razılığa gələn Tərəfin ərazisinin bütövlükdə və ya qismən işğal olunduğu bütün hallarda, bu işğal heç bir silahlı müqavimətə rast gəlmədikdə belə, tətbiq olunur".
Özünümüəyyənetmə hüququnu həyata keçirmək üçün müstəmləkə hökmranlığına və xarici işğala və irqçi rejimlərə qarşı xalqların apardıqları silahlı mübarizə də beynəlxalq silahlı münaqişə hesab edilir. Odur ki, müharibə edən tərəflər beynəlxalq humanitar hüququn "döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlər qoyulması; müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi; mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması; düşmən tərəfə, müharibənin məqsədinə uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyi" kimi prinsiplərinə riayət etməlidir. Eyni zamanda işgəncələr, genosid, aparteid və girov götürmənin tətbiq edilməsi; şəhər və ya digər yerlərin talan edilməsi,yerli əhaliyə münasibətdə terrora əl atılması, əhali arasında aclıqdan istifadə edilməsi; düşmənin silahı yerə qoymuş və ya əsir kimi təslim olmuş şəxslərini öldürmək və ya yaralamaq; düşmən tərəfə mənsub olan şəxsləri, onların öz ölkəsinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştiraka məcbur etmək; mədəni mülkiyyətin, tarixi və digər abidələrin, ibadət edilən yerlərin məhv edilməsi və ya onlardan hərbi əməliyyatlarda uğur qazanmaq üçün istifadə edilməsi kimi döyüş aparılmasının qadağan edilmiş metod və vasitələrinə əməl etməlidir.
Ermənilər mədəni mülkiyyətimizi viran qoyublar
Xatırladaq ki, müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri, əsas etibarilə, xüsusi beynəlxalq sazişlə - Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası ilə nizama salınır. Konvensiyanın 1-ci maddəsi mədəni mülkiyyətə bunları daxil edir: hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyətə malik olan daşınar və daşınmaz mülkiyyət, məsələn, həm dini, həm də dünyavi memarlıq, incəsənət abidələri, tarixi abidələr; arxeoloji sahələr; bütövlükdə tarixi və ya bədii maraq kəsb edən bina qrupları; incəsənət əsərləri; əlyazmalar, kitablar və bədii, tarixi və ya arxeoloji maraq kəsb edən digər obyektlər; habelə elmi məcmuələr və yaxud arxivlər və ya yuxarıda göstərilmiş əmlakın reproduksiyaları; başlıca məqsədi yuxarıda sadalanmış daşınar mülkiyyəti qoruyub saxlamaq və nümayiş etdirmək olan binalar, məsələn, muzeylər, böyük kitabxanalar və arxiv binaları, habelə həmin mülkiyyəti silahlı münaqişə zamanı gizlətmək üçün istifadə olunan sığınacaqlar; yuxarıda sadalanmış külli miqdarda mədəni mülkiyyəti əhatə edən mərkəzlər. Mədəni mülkiyyəti qorumaq istiqamətində Konvensiya aşağıdakıları nəzərdə tutur: göstərilən mədəni mülkiyyətdən, onları qoruyub saxlamaq üçün nəzərdə tutulmuş binalardan və bitişik sahələrdən bu mülkiyyətin dağıdılmasına və ya zədələnməsinə gətirib çıxara bilən məqsədlərlə istifadə olunması qadağandır; mədəni mülkiyyətin hər hansı bir formada qeyri-qanuni mənimsənilmsi, habelə bu mülkiyyətə qarşı istənilən vandalizm aktları qadağandır və bu cür hərəkətlərin qarşısı alınmalıdır; mədəni mülkiyyətin rekvizisiyası və ona qarşı yönəlmiş istənilən əvəzçıxma tədbirlərinin görülməsi qadağandır. Lakin Ermənistan hamılıqla qəbul edilmiş bütün sazişlərə qarşı çıxaraq beynəlxalq humanitar hüququ ayaq altına atır.
Alim