BMT Azərbaycanda 97 milyon dollar məbləğində layihələr reallaşdırıb
4 May 2016 12:17 SiyasətBMT-nin müxtəlif strukturları bu günədək Azərbaycanda 96,6 milyon dollar məbləğində təqribən 50 layihə reallaşdırıb. Məlumata görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev "Yeni İpək yolu iqtisadi kəməri" regionunda inklüziv və davamlı sənayenin inkişafının gücləndirilməsi" mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, hazırda BMT-nin İnkişaf Proqramı ölkədə 18,9 milyon dollar dəyərində 10 layihə reallaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31