BMT nümayəndəsi: BMT TŞ-nin işi səmərəli deyil, islahatlar lazımdır
3 May 2016 18:10 SiyasətBMT Təhlükəsizlik Şurasının (TŞ) işi səmərəli deyil, islahatlar lazımdır. Bunu Trend-ə BMT-nin Cenevrədəki şöbəsinin baş direktoru Maykl Moller deyib. 25 ildir TŞ-də islahatlar aparmağa çalışdıqlarını deyən M.Möller bunun hələ nəticə vermədiyini qeyd edib: "Bununla bütün ölkələr və tərəfdaşlar məşğul olmalıdırlar". Onun sözlərinə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini lokal səviyyədə həll etməlidir, kənardan kömək istəmək düzgün deyil: "Bu cür münaqişələrdə dialoq və diplomatik yol lazımdır. Bu münaqişənin hərbi həll yolu yoxdur".
M.Möller Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılmasında vacib rolunu qeyd edib: "Azərbaycanın bu istiqamətdə səylərini yalnız alqışlamaq olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31