Ermənistan səfirliyi qarşısında sksiya keçiriləcək

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə etiraz əlaməti olaraq bu ölkə səfirlikləri qarşısında aksiya keçirəcəklər. Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli "OLAYLAR"-a bildirib ki, bu məqsədlə aprelin 7-də Den Haaq şəhərindəki Ermənistan səfirliyi qarşısında mitinq keçiriləcək: "Məqsəd son günlərdə Qarabağda, cəbhə bölgəsində baş verən qarşıdurmalardır. Aksiya zamanı , erməni separatçılarının Azərbaycan torpaqlarını işğaldan azad etməsi tələb olunacaq".

Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi deyib ki, rəhbərlik etdiyi təşkilat aprelin 17-də Kopenhagenin mərkəzi meydanında etiraz mitinqi keçirəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31