Danışıqların heç bir mənası olmayacaq

Ermənistan atəşkəsə nail olmaqla vaxt qazanmış oldu. Belə bir açıqlama ilə çıxış edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə "OLAYLAR"-a deyib ki, əks təqdirdə Ermənistan ağır məğlubiyyətlə qarşılaşacaqdı: "Bu səbəbdən işğalçı ölkə Rusiyanın vasitəçiliyi ilə atəşkəsə nail oldu. Məqsəd də ondan ibarətdir ki, mövqelərini möhkəmləndirsin və hərbi qüdrətini artırsın". Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın danışıqlar yolu ilə işğal altında olan ərazilərdən geri çəkiləcəyi mümkün görünmür: "20 ildən artıq müddətdə davam edən sülh danışıqları bir nəticə vermədiyi kimi bundan sonra da danışıqlar yolu ilə hansısa uğurun əldə ediləcəyinə inam yoxdur və danışıqların heç bir mənası olmayacaq. Bu sadəcə Ermənistanı xilas etməyin bir yolu idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31