Merkel: "Azərbaycan prezidentinin Almaniyaya səfəri iyunda gerçəkləşəcək"

Azərbaycan prezidentinin Almaniyaya səfəri iyun ayında gerçəkləşəcək. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel Ermənistan prezidenti Serj Sarkisyanla birgə keçirdiyi brifinqdə deyib. A. Merkel Azərbaycan prezidentinin Almaniyaya səfərinin artıq razılaşdırıldığını bildirib. "Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik", - deyə o vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31