Azərbaycan MN: Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır
6 Aprel 2016 15:57 Siyasət"Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur.
Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31